Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  04 Noyabr 2021    Oxunub :294
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45041 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9746, buster doza üzrə vaksinasiya olunanların sayı isə 28712 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9798866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4980307, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4406811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 411748 təşkil edir.

AzVision.az

Teqlər: Peyvənd  







Xəbər lenti