"5 milyon insan ölə bilər" - Şahmar Mövsümov

   "5 milyon insan ölə bilər" -    Şahmar Mövsümov
  04 Noyabr 2021    Oxunub:1338
Pandemiya dünya iqtisadiyyatına dərin köklər salıb və mənfi fəsadlar törədib. İtkilər yalnız rəqəmlərlə ifadə olunmur. Dünyada 52 milyon tələbə neqativ təsirlərdən əziyyət çəkib. Hökümətlər çox halda qapanmalara getdi və bunun fəsadlarını görürük.
AzVision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

O bildirib ki, pandemiya dövrünün ortasındayıq: "Lakin biz enişli-yoxuşlu günlər keçiririk. Bu cür tendensiya davam etsə, 5 milyon insan ölə bilər. Biz birlikdə səylərimizi səfərbər etməklə pandemiyanın öhdəsindən gələ bilərik. Pandemiya mənfi fəsadlarsız ötüşməyəcək. Bu gün 70-80 faiz vaksinləşmə yalnız inkişaf etmiş ölkələrdədir. Lakin elə ölkələr var ki, orada heç 10 faiz əhali vaksin olunmayıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: Pandemiya   COVID-19  





Xəbər lenti