“ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradılıb

“ASAN xidmət” mərkəzində YAP ərazi  partiya təşkilatı yaradılıb
  04 Noyabr 2021    Oxunub:667
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatı yaradılması ilə bağlı tədbir keçirilib.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətindən söz açıb.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki, fəaliyyətində daim yeniləşməyə, müasirləşməyə, təkmilləşməyə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi.

Tədbirlərdə təşkilatı məsələlərə baxılıb və İdarə Heyətinin sədri, üzvləri müəyyənləşiblər.

Həmçinin YAP sıralarına yeni qəbul olunmuş “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti