Vidadi Muradov tibbi ekspertizadan keçiriləcək

   Vidadi Muradov tibbi ekspertizadan keçiriləcək
  04 Noyabr 2021    Oxunub :333
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
AzVision.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəməyə gəlmədiyi elan olunub. Daha sonra məhkəmədə təqsirləndirilən şəxsin vəkilləri vəsatət qaldırıblar. Onlar deyiblər ki, V.Muradovun səhhəti ağırdır, məhkəməyə gələ bilmir. Vəkillər təqsirləndirilən şəxsin tibbi ekspertizadan keçirilməsini istəyiblər. Vəsatət təmin olunub. Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, Vidadi Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək həbs edilib.

İstintaq zamanı onun 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Noyabrın 1-də Vidadi Muradov səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb.

AzVision.az

Teqlər: VidadiMuradov  







Xəbər lenti