"Bakı forumu dünya üçün vacib olan məsələlərin müzakirəsinə imkan yaradır"- Vardinoyannis

   "Bakı forumu dünya üçün vacib olan məsələlərin müzakirəsinə imkan yaradır"-   Vardinoyannis
  04 Noyabr 2021    Oxunub:661
"Qlobal Bakı Forumunda iştirakdan qürurlanıram. Bu forum dünya üçün vacib olan məsələlərin müzakirəsinə imkan yaradır".
AzVision.az xəbər verir ki, bunu YUNESKO-nun Xoşməramlı səfiri Marianna V. Vardinoyannis VIII Qlobal Bakı Forumu çərçivəsində “Sülh, təhlükəsizlik və insan haqları: Yeni erada” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, təmsil etdiyi təşkilat insan hüquqlarının pozuntusu ilə bağlı olan məsələləri həll edir:

“Hər bir insan cinsindən və irqindən asılı olmayaraq hörmətə layiqdir. Sabitliyə, ədalətə çıxış təhsilə investisyadan başlayır. Hər bir şəxsin cəmiyyətə təhsilə əlçatanlığı olmalıdır”.

Pandemiyaya qarşı mübarizdə əbirgə səylərin əhəmyyətindən danışan M.Vardinoyannis vaksinasiyann gücləndirilməsinin vacibliyini qeyd edib. “Biz bütün səylərimizi birləşdirib pandemiyaya qarşı birgə mübarizə aparmalıyıq”.

AzVision.az



Teqlər:





Xəbər lenti