"BMT-nin baş katibi və üzvləri sosial konsepsiya üzərində çalışırlar"- Moratinos

   "BMT-nin baş katibi və üzvləri sosial konsepsiya üzərində çalışırlar"- Moratinos
  04 Noyabr 2021    Oxunub:627
"BMT-nin baş katibi və üzvləri sosial konsepsiya üzərində çalışırlar"
AzVision.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Miguel Angel Moratinos Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, sülh gündəminin yaradılmasına çalışılır:

"Sülh gündəminə aztəminatlı əhalini, azsaylı xalqları daxil etməyə səy göstəririk. Fərqlilik bir növ bağlılıqdır, biz buna hörmət etməliyik. Dünya qarşılıqlı hörmətə əsaslanmalıdır, millətindən, cinsindən asılı olmayaraq hamı hörmətlə yanaşmalıdır".

AzVision.az



Teqlər: BMT  





Xəbər lenti