Abşeronda sərnişin avtobusu yanıb

Abşeronda sərnişin avtobusu yanıb
  04 Noyabr 2021    Oxunub:730
Abşeron rayonunda təmirə dayanan “Iveco” markalı sərnişin avtobusunun salon hissəsi yanıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Yüksək temperaturdan yaxınlıqda dayanan “МАЗ” markalı avtokranın güzgüsü və sol qapısı qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti