Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşdü

Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşdü
  04 Noyabr 2021    Oxunub :381
Azərbaycanlı idmançı Məhəmməd Abdullayev boks yığmamızın tarixinə düşüb.
AzVision.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançının Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub.

“Baku Fight Lab”ın üzvü yarımfinalda uduzaraq, bu yubileyləri rəsmiləşdirib. Onun əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçuların həm də 20-ci mükafatıdır.

Qeyd edək ki, Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur.

AzVision.az

Teqlər: boks  







Xəbər lenti