Minsk və Moskva müttəfiq dövlətlər haqqında dekret imzalayıb

Minsk və Moskva müttəfiq dövlətlər haqqında dekret imzalayıb
  04 Noyabr 2021    Oxunub:1241
Rusiya və Belarus müttəfiq dövlətlər haqqında dekret imzalayıb.
AzVision.az xəbər verir ki, imzalanma mərasimi Müttəfiq Dövlətlərin Ali Dövlət Şurasının onlayn formatda keçən iclasında baş tutub.

Sənəd sentyabrda razılaşdırılmış 28 proqramı və müttəfiq dövlətlər haqqında sazişin 2021-2023-cü illər üçün nəzərdə tutulmuş müddəalarını təsdiq edir. Bundan əlavə, prezidentlər hərbi doktrina və miqrasiya siyasəti ilə bağlı konsepsiya qəbul ediblər.

Rusiya və Belarus müttəfiq dövlətlər haqqında sazişi 1999-cu ildə imzalayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti