"Qarabağ"dan vacib qələbə- YENİLƏNİB

   "Qarabağ"dan vacib qələbə-   YENİLƏNİB
  04 Noyabr 2021    Oxunub:1111
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
AzVision.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olub. Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.

Qeyd edək ki, qrupun digər matçında İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə qarşılaşacaq. Qonaqlar həmin görüşdə uduzmasalar, "Qarabağ" pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.
***
Qazaxıstanda "Kayrat" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb.
AzVision.az xəbər verir ki, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti