“Azərbaycanla müştərək komitənin təşkili üçün razılığa gəldik”- Abdullahiyan

   “Azərbaycanla müştərək komitənin təşkili üçün razılığa gəldik”-   Abdullahiyan
  04 Noyabr 2021    Oxunub :346
“Azərbaycan Respublikası ilə müştərək komitənin təşkili üçün razılığa gəldik”.
AzVision.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan məlumat verib.

H.Əmir Abdullahiyan Tehran və Bakı arasındakı münasibətlərin müsbət atmasferdə irəlilədiyini qeyd edərək bildirib ki, müştərək komitə iki ölkədə ictimai rəyi və KİV-lərdəki atmasferı idarə etmək üçün fəaliyyət göstərəcək.

İki qonşu ölkənin əlaqələrində bəzi məsələlərdə fikir ayrılıqlarının olmasını təbi adlandıran H.Əmir Abdullahiyan qeyd edib ki, önəmli olan odur ki, hər iki tərəf maneələri aşmaq üçün ciddi iradə ortaya qoyub.

“Mən və həmkarım cənab Ceyhun Bayramov iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı və bəzi anlaşılmazlıqları geridə qoymaq üçün davamlı olaraq bir-birimizlə əlaqədəyik və müsbət müzakirələr aparırıq”,-İran XİN başçısı bildirib.

O qeyd edib ki, İran öz qonşularını öz qohumları hesab edir və qohumluq əlaqələri prinsipi ilə əlaqələrini dəyərləndirir, inkişaf etdirir.

AzVision.az

Teqlər: İran   Azərbaycan   Komitə  







Xəbər lenti