"Təbii qaz və bərpa olunan enerji mənbələri həlledici rol oynayacaq" - Nazir

"Təbii qaz və bərpa olunan enerji mənbələri həlledici rol oynayacaq" -    Nazir
  05 Noyabr 2021    Oxunub :346
Qaz həqiqətən də çox önəmli enerji resursudur. Çox güman ki, beynəlxalq enerji keçidində qazın xüsusi rolu var və gələcəkdə də olacaq.
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib. Onun sözlərinə görə, Azərbaycanda da qaz istehsalı davam etməkdədir:

"Bərpa olunan enerji mənbələrinə də böyük diqqət yetirilir. Ümumiyyətlə, beynəlxalq ekspertlərin vahid mövqeyi var ki, enerji keçidi dövründə təbii qaz və bərpa olunan enerji mənbələri həlledici rol oynayacaq. Ona görə bu iki enerji resursundan maksimum şəkildə ölkəmizdə istifadə etmək niyyətindəyik. Eyni zamanda nə qədər çox bərpa olunan enerjidən istifadə edib, bu mənbələrədən enerji əldə edəriksə, o qədər çox təbii qaz ixracı imkanlarımız artacaq".

Aytən Zəhra
AzVision.az

Teqlər: Qaz   Enerji  







Xəbər lenti