“İqtisadiyyatın inkişafı üçün enerji ehtiyatları vacibdir” - Pərviz Şahbazov

   “İqtisadiyyatın inkişafı üçün enerji ehtiyatları vacibdir” -    Pərviz Şahbazov
  05 Noyabr 2021    Oxunub:1139
“Qlobal istiləşmə, iqlim dəyişmələri qarşımızda duran gündəmdir və problem olaraq qalır. Qlazqo Zirvə görüşündə çıxarılacaq nəticələr, öhdəliklər bizim imkanlarımızı formalaşdıracaq. Cari 10 il üçün müəyyən gündəliyi təsbit edəcək. Düşünürəm ki, bizim vacib olan məsələlərə aydınlıq gətirəcək, öhdəliklərin konturları cızılacaq”.
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov VIII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, enerji keçidi elə təmin edilməlidir ki, ölkələr hər hansı böhranla üzləşilməsin: “Hamı enerji təhlükəsizliyini nəzərə almalıdır. İqtisadiyyatın inkişafı üçün enerji ehtiyatları vacibdir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Enerji  





Xəbər lenti