“Qaz və neft çox hələ çox istifadə olunacaq” - Energetika naziri

   “Qaz və neft çox hələ çox istifadə olunacaq” -    Energetika naziri
  05 Noyabr 2021    Oxunub:1262
“Qaz və neft çox vacib enerji resursudur və hələ çox istifadə olunacaq. Hal-hazırda aparılan analizlər göstərir ki, ənənəvi enerji resurslarından imtina etməklə bərpa olunan enerjiyə keçidi təmin etmək imkanına malik deyilik”.
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov VIII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı deyib. Onun sözlərinə görə, bu xüsusi məsələdir:

“Hər bir ölkə müxtəlif inkişaf mərhələləri keçib və müxtəlif durumdadır. Bu keçidi bir ssenari ilə bütün ölkələrə təklif edə bilmərik”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qaz   Neft  





Xəbər lenti