Binəli Yıldırım “Zəfər” Yarmarkasında - FOTOLAR

   Binəli Yıldırım “Zəfər” Yarmarkasında -    FOTOLAR
  05 Noyabr 2021    Oxunub :306
Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti “YAŞAT” Fondunun təşkil etdiyi “Zəfər” yarmarkasını ziyarət edib.
Qonağa məlumat verilib ki, 29 oktyabr - 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur. Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

Binəli Yıldırım ərazidə quraşıdırlan “ASAN ödəniş” terminalı vasitəsi ilə “YAŞAT” Fonduna 1000 AZN məbləğində ianə edib.











AzVision.az

Teqlər:







Xəbər lenti