Nazir: "Azərbaycan 1700-dək erməni hərbçinin cəsədini təhvil verib”

      Nazir:    "Azərbaycan 1700-dək erməni hərbçinin cəsədini təhvil verib”
  05 Noyabr 2021    Oxunub:1047
“Azərbaycan indiyə qədər humanitar hüquqa uyğun olaraq 1700-dək erməni hərbçinin cəsədini təhvil verib".
AzVision.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min insanımızın taleyindən hələ də heç bir xəbər yoxdur: "Lakin biz fərqli davrandıq. Biz bunu humanitar aksiya olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirdik. Azərbaycan qış aylarında öz ərazisindən Ermənistana qaz nəqlinə icazə verdi, qalib, böyük dövlət kimi davrandı”.

AzVision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti