"Əhalinin 60 faizi artıq II doza vaksin olunub" - Nazir müavini

   "Əhalinin 60 faizi artıq II doza vaksin olunub" -    Nazir müavini
  05 Noyabr 2021    Oxunub:950
"COVID-19 səhiyyə sisteminə təzyiqlər göstərməkdədir. Yüksək gəlirli ölkələrdə 133 doza 100 nəfərə düşürsə, aşağı təminatlı ölkələrdə 4 doza 100 nəfərə düşür. Belə bir şəraitdə panedmiyanı idarə edə bilməyəcəyik və pandemiyanın dalğalarına düşəcəyik".
AzVision.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Teymur Musayev VIII Qlobal Bakı Forumunun "Səhiyyə və əhalinin vaksinasiyası" panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan zamanında lazımi miqdarda vaksin alıb.

"18 yanvar tarixindən Azərbaycanda vaksinasiyaya başlanılıb və əhalinin hədəf kütləsi- 60 faizi artıq II doza vaksin olunub. Bütün statistik göstəricilər şəffafdır. Vaksin olunan, koronavirisa yoluxan və sağalanların sayı təhlil edilir və açıq bildirilir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti