Dünyanı yeni təhlükə gözləyir? - Bioterrorçularla bağlı həyəcan

Dünyanı yeni təhlükə gözləyir? -   Bioterrorçularla bağlı həyəcan
  05 Noyabr 2021    Oxunub:1166
“Microsoft” şirkətinin yaradıcısı, milyarder-filnantrop və hazırda dünyanın 4-cü ən varlı adamı olan Bill Qeyts bildirib ki, bəşəriyyət yalnız yeni pandemiyalara yox, habelə bioloji silahın istifadə edilə biləcəyi terror hücumlarına hazırlaşmalıdır. Bu hücumlar isə özlüyündə koronavirusun yayılmasından daha təhülkəli ola bilər. “Cursorinfo” agentliyinin məlumatına görə, Bill Qeyts bu sözləri Britaniyanın “Policy Exchange” ictimai təşkilatına verdiyi müsahibədə deyib.
AzVision.az xəbər verir ki, amerikalı milyarder-filantrop yeni təhdidlərə qarşı mübarizə üçün epidemioloji təhlükəsizlik sahəsində tədqiqatlara və infeksiya xəstəlikləri ilə mübarizənin konkret mexanizmlərinin işlənib-hazırlanmasına miyardlarla dolların xərclənməsi zərurətini vurğulayıb.
Bu kontekstdə, Bill Qeyts epidemioloji vəziyyətə nəzarət etmək üçün ÜST-ü xüsusi işçi qrupu yaratmağa çağırıb. Onun fikrincə, bu qrup bioterrorçuların mümkün hücumlarının nəticələrinin ləğv olunması senarisini işləməklə belə hallara hazırlaşa bilər. Amerikalı filantrop bioloji silahın istifadəsi yolu ilə terror aktlarına qarşı hazırlığın əhəmiyyətini də qeyd edib.

- Bəs bioterrorçular 10 aeroporta çiçək xəstəliyini gətirsələr necə? Dünyanın buna necə cavab verəcəyini bilirikmi? Təbii şəkildə yaranan və bioterrorizmin gündəmə gətirdiyi epidemiyalar var. Sonuncular bizim indi yaşadığımızdan daha pis ola bilər , - Bill Qeyts deyib.

Onun fikrincə, gələcək pandemiyalarla mübarizə üçün çəkiləcək böyük xərclər bəşəriyyətə digər töhfələr, məsələn, qripdən və digər xəstəliklərdən qurtulmaq imkanı da verə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BillQeyts   pandemiya  





Xəbər lenti