“Peyvəndlərin ədalətli paylanmasında problemlər var” - Susan Elliott

“Peyvəndlərin ədalətli paylanmasında problemlər var” -    Susan Elliott
  05 Noyabr 2021    Oxunub :252
“COVID-19 pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çağırış edib. Dünən forumda apardığımız müzakirələr çox təqdirəlayiq idi. Müzakirələrdə də gördük ki, burada COVID-19 peyvəndlərinin vaxtında, keyfiyyətli və ədalətli paylanmasında problemlər var. Dünya üzrə aztəminatlı ölkələrin 10 faiz əhalisi vaksinləşib”.
AzVision.az xəbər verir ki, bunu Amerika Xarici Siyasəti üzrə Milli Komitənin prezidenti Susan Elliott VIII Qlobal Bakı Forumunun "Səhiyyə və əhalinin vaksinasiyası" panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, vaksinləmə ilə bağlı Afrikada acınacaqlı vəziyyət müşahidə olunur:

"Afrikanın yalnız 5 faizi əhalisi birinci doza vaksin olunub. Bununla yanaşı, bəzi ölkələrdə əhalinin 1,3 faizi peyvəndlənə bilib. Dünyada əhalisinin 13 faizi vaksin olunub. COVAX proqramından daha çox faydalanmaq lazımdır. ÜST-də vaksinlərin daha ədalətli paylanması sisteminin hazırlanmasına kömək etməliyik. ÜST vaksinlərin dünyada ədalətli paylanmasına nəzarət etməlidir".

O qeyd edib ki, zəngin ölkələr vaksinlərin paylanmasında böyük rol oynamalıdır:

“Vaksinlərin istehsalı ilə ABŞ, Rusiya, Çin, Avropa İttifaqına üzv olan dövlətlər məşğul olur. Bu baxımdan düşünürəm ki, buraya vəsait ayrılmalı və vaksinlərin paylanmasına dəstək göstərilməlidir. COVAX təşkilatında Çin, Yaponiya, Hindistan, Böyük Britaniya, Kanada, İsveçrə, Fransa, Polşa iştirak edir. Burada böyük ekspertlərdən ibarət müzakirə paneli təşkil etdik. Hesab edirəm ki, müzakirələr sayəsində vaksinlərin ədalətli paylanmasına müəyyən kömək edə bilərik”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Vaksin  







Xəbər lenti