"Ankara daha gözləmək fikrində deyil" - İbrahim Qalın

  "Ankara daha gözləmək fikrində deyil" -   İbrahim Qalın
  05 Noyabr 2021    Oxunub:872
"Türkiyə F-35 beşinci nəsil qırıcıların yaradılması proqramında iştiraka böyük əhəmiyyət verir. “CAATSA”nın sanksiyalarına əsasən özünün bu layihədən çıxarılmasını ədalətsiz və qanunsuz təcrübə kimi qiymətləndirir".
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın deyib. F-35 layihəsinə 1,4 milyard dollar xərcləməsinə baxmayaraq, Rusiyadan “S-400” sistemlərini aldığına görə Türkiyənin proqramdan uzaqlaşdırıldığını xatırladan İbrahim Qalın çox maraqlı bir məqama diqqət çəkib.

- ABŞ Konqresinin gündəliyində hazırda “S-400” sistemlərini alan Hindistan və Avstraliyanın F-35 proqramında iştirakının davam etdirilməsini nəzərdə tutan qanun layihəsi yer tutub. Əgər söhbət birtərəfli qaydada Rusiyadan ağır silahlar alan dövlətlərə qarşı sanksiyalardan gedirsə, onda niyə adı çəkilən bu ölkələr istisna olunur? Yox, əgər belə qayda yoxdursa, onda niyə Türkiyəyə münasibətdə bu sanksiyalar tətbiq edilir? , - İbrahim Qalın vurğulayıb.

Türkiyə prezidentinin sözçüsü F-35 probleminin həll olunmayacağı təqdirdə Anakaranın daha “vaxtı boş-boşuna itirməyəcəyini” və alternativ variantlar axtaracağını deyib. Ankaranın yaranmış boşluğu F-16 qırıcılarının yeni partiyasının alınması ilə kompensasiya etməyə cəhd göstərə biləcəyi vurğulanıb. O, Türkiyənin bu sahədə digər alternativlərinin olduğunu da bildirib.

“Ölkəmiz öz PUA-larını istehsal etmək iqtidarındadır və müdafiə sənayesində digər vacib addımlar da atıb ”, - İbrahim Qalın vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   F-35  





Xəbər lenti