Teymur Musayev: “Ölkədə vaksin sayı yetərincədir”

      Teymur Musayev:    “Ölkədə vaksin sayı yetərincədir”
  05 Noyabr 2021    Oxunub:1179
“Azərbaycanda 12-18 yaş arası uşaqlar hər iki valideynin razılığı əsasında vaksinasiya olunur. Onlara yalnız Pfizer/Bionetech vaksini vurulur”. AzVision.az xəbər verir ki bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Teymur Musayev deyib. O bildirib ki, ölkədə vaksin sayı yetərincədir:
“Bizim nəinki öz vətəndaşlarımız, Azərbaycanda müvəqqəti yaşayan xaricilər belə vaksinasiya prosesindən keçirlər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: vaksin  





Xəbər lenti