Səhiyyə nazirinin müavini əhaliyə müraciət etdi

   Səhiyyə nazirinin müavini əhaliyə müraciət etdi
  05 Noyabr 2021    Oxunub :440
“Koronavirus daima mutasiya uğrayır və yeni ştammlar yaranır. Bu daimi prosesdir. Bundan qorxmaq lazım deyil”. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Teymur Musayev deyib.
Pandemiyanın hələ bitmədiyini deyən nazir müavini qeyd edib ki, insanları sosial məsafəni gözləməyə və maska taxmağa davam etməyə çağırıb:

“Vaksinasiya ilə yanaşı, epidemioloji tədbirlərin aparılması məcburidir. Yalnız bu halda hər iki istiqamətdə aparılan tədbirlər effekt verir. Xəstəxanalara qəbul azalanda insanlar özünü arxayın aparır və qaydalara riayət etmir. Nəticədə yoluxma artır”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Koronavirus  







Xəbər lenti