Kolinda Qrabar-Kitaroviç: "Şadam ki, Qarabağ münaqişəsi artıq həll olunub"
O bildirib: “Çox şadam ki, yenidən Bakıdayam. Sonuncu dəfə Bakıda Xorvatiyanın Prezidenti kimi olmuşam. Prezident İlham Əliyevlə görüşümdə onu illərdir davam edən münaqişənin həll olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etdim. Mən Azərbaycan xalqına sülh və rifah arzulayıram”.
Kolinda Qrabar-Kitaroviç bildirib ki, Xorvatiya həmişə bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. “Şadam ki, Qarabağ münaqişəsi artıq həll olunub. İndi qarşıda duran əsas məsələ Qarabağın bərpasıdır. Azərbaycan ilə Ermənistan arasında da əlaqələrin normallaşacağına ümid edirik. Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olmaq üçün Avropa İttifaqı əlindən gələni edə bilər”, - deyə o qeyd edib.
AzVision.az
Teqlər: Qarabağ