Dünya bankının sabiq vitse-prezidenti qidalarla bağlı çağırış etdi

Dünya bankının sabiq vitse-prezidenti qidalarla bağlı çağırış etdi
  05 Noyabr 2021    Oxunub:602
“Kənd təsərrüfatı çox xərc tələb edən sektordur”.
AzVision.az xəbər verir ki, bunu Dünya bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin VIII Qlobal Bakı Forumunun "Qida təhlükəsizliyinin təşviqi" panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, Afrika qitəsində məhsul biçimdən sonra itkilər olur:

“Burada saxlama yeri olmadığı üçün məhsul 35 faiz itkiyə gedir. Afrika zəngin qitədir. ABŞ və digər inkişaf etmiş ölkələrdə isə qidalar israf edilir. İnsanlar qidanı dükandan aldıqda məhsulun istifadə tarixi keçibsə, onu atırlar. Bu qədər tullantılar istehsal olunan qida məhsullarıdır. Biz onları əvəzləmədən atırıq. Hesab edirəm ki, bu praktikanı dəyişdirməliyik. Biz əhali ilə ünsiyyət yaratmalıyıq, bu mövzuda debatlar təşkil etməliyik”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Qida   Dünya  





Xəbər lenti