Ceyhun Bayramov QDİƏT-in baş katibi ilə görüşüb

Ceyhun Bayramov QDİƏT-in baş katibi ilə görüşüb
  05 Noyabr 2021    Oxunub :274
Xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komaneskunu qəbul edib.
Bu barədə AzVision.az -a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. C.Bayramov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumunda iştirakla bağlı ölkəmizdə səfərdə olan baş katibi səmimiyyətlə salamlayıb və ona regional təşkilatın rəhbərliyini həyata keçirilməsi kimi məsul vəzifədə uğurlar arzulayıb.

O, Azərbaycanın QDİƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazir, həmçinin QDİƏT baş katibinə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib.

Baş katib Lazar Komanesku Qlobal Bakı Forumunda iştirakla bağlı dəvət üçün təşəkkürünü bildirib. Forumun qlobal gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb. Azərbaycanın QDİƏT-in fəaliyyətinə önəmli töhfə verdiyini səsləndirib.

Görüş zamanı tərəflər, eyni zamanda, gələn il 30 illiyini qeyd edəcək QDİƏT-in beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması yolları ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az

Teqlər: QDİƏT  







Xəbər lenti