"Qarabağ Azərbaycanın daxili gündəminə salınıb və xarici məsələ deyil" - Hikmət Hacıyev

 "Qarabağ Azərbaycanın daxili gündəminə salınıb və xarici məsələ deyil" -    Hikmət Hacıyev
  06 Noyabr 2021    Oxunub:861
Azərbaycan apardığı uğurlu əməliyyat nəticəsində Ermənistanı sülhə məcbur etdi və torpaqlarını azad etdi. Təəssüf ki, ATƏT-in Minsk qrupu tərəfindən göstərilən səylərə baxmayaraq, heç bir nəticəyə gəlinmədi. İndi Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
AzVision.az xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, artıq Qarabağ Azərbaycanın daxili gündəminə salınıb və xarici məsələ deyil:

"Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanla Ermənistan arasında əlaqələr yoxdur. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanla əlaqəsi yaradılacaq. Azərbaycan sülh müqaviləsinin bağlanmasını təklif kimi irəli sürüb və Ermənistana təklif edib. Biz sülh müqaviləsinin bağlanmasına çox iddialıyıq".

H.Hacıyev qeyd edib ki, bir il əvvəl Cənubi Qafqaz münaqişə yeri idisə, indi burada sülhün bərqərar olmasına nail olacayıq: "Biz Gürcüstanla əməkdaşlıq edirik, Ermənistan da bu prosesə qoşula və bundan fayda görə bilər. İşğaldan azad edilən ərazilərdə dağıntı olacağını gözləyirdim, lakin bu dərəcədə olacağını bildirdim".

Aytən Zəhra
AzVision.az


Teqlər: Qarabağ   Azərbaycan  





Xəbər lenti