"Ermənistan rəhbərləri qərar verərkən öz iradələrinə güvənməlidirlər" - Hikmət Çətin

   "Ermənistan rəhbərləri qərar verərkən öz iradələrinə güvənməlidirlər" -    Hikmət Çətin
  06 Noyabr 2021    Oxunub:781
"Ermənistanın rəhbər şəxsləri erməni diasporunun maraqlarını ifadə etməməlidirlər". AzVision.az xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin deyib.
O bildirib ki, erməni diasporu Ermənistanın qərarlarına təsir edir, bu ölkənin rəhbərləri qərar verərkən öz iradələrinə güvənməlidirlər: "Hazırda münaqişə zamanı deyil, indi sülh və təhlükəsizlik vaxtıdır. Qafqaz böyük potensiala malikdir. Biz bu potensialı düzgün dəyərləndirməliyik. Bizə mütləq sülh lazımdır, Azərbaycan da buna çalışır”.

Eks-nazir qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti