"Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır" - PA rəsmisi

   "Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır" -    PA rəsmisi
  06 Noyabr 2021    Oxunub:581
"Ermənistan strategiyasını dəyişməlidir. Azərbaycan əzəli torpaqlarını azad etməklə Cənubi Qafqazdakıyyəti dəyişdi".
AzVision.az xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, işğal Ermənistanın müstəqilliyinə xələl gətirib:" Ermənistanın iqtisadi potensialı qonşu ölkələrdən aslıdır. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır. Bu onlara fayda verəcək. ".

Aytən Zəhra
AzVision.az


Teqlər: Hikmət-Hacıyev   Qarabağ  





Xəbər lenti