“Azərpoçt” bayramda işləyəcək

“Azərpoçt” bayramda işləyəcək
  06 Noyabr 2021    Oxunub:751
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 8 noyabr - Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
Qurumdan AzVision.az -a verilən məlumata görə, bayram günlərində Bakıda yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09.00-dan 18.00-a, 2 saylı poçt filialının 63 (MXŞ) saylı poçt şöbəsi saat 10.00-dan 17.00-a, 124, 138, 144 saylı poçt şöbələri saat 09.00-dan 17.00-a, 3 saylı poçt filialının 2(MXŞ), 40 saylı poçt şöbələri saat 10.00-dan 17.00-a, 4 saylı poçt filialının 44 (Şəbəkə) saylı poçt şöbəsi saat 09.00-dan 17.00-a qədər işləyəcək. Regionlardakı Müştəri Xidməti şöbələri saat 10:00-dan 17.00-a qədər vətəndaşlara xidmət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

AzVision.az


Teqlər: Azərpoçt  





Xəbər lenti