Cəlilabadda həyətdə toy edən şəxs cərimələnib

Cəlilabadda həyətdə toy edən şəxs cərimələnib
  06 Noyabr 2021    Oxunub :312
Həyətdə toy edən şəxsin karantin qaydalarını pozduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Cəlilabad şəhəri ərazisində fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.

Karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı Ə.Nəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.

AzVision.az

Teqlər: Toy  







Xəbər lenti