“11 yaşlı qızla bağlı hadisə əxlaq dəyərlərinə ziddir” - Ombudsman

   “11 yaşlı qızla bağlı hadisə əxlaq dəyərlərinə ziddir” -    Ombudsman
  06 Noyabr 2021    Oxunub :232
“11 yaşlı qızla bağlı hadisə Azərbaycanın milli-əxlaqi dəyərlərinə ziddir. Bu cür hadisələrə Ombudsman olaraq münasibətimiz mənfidir”.
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, bu və buna oxşar digər məsələlər daim qurum tərəfindən nəzarətdə saxlanılır:

"Aidiyyatı dövlət qurumları da ciddi tədbirlər görüb. Bizim işimiz Bakı və regionlarda əhalinin maarifləndirmə işinin gücləndirilməsidir. Məlumdur ki, regionlarda 4 mərkəzimiz fəaliyyət göstərir. Nə qədər maarifləndirmə güclü aparılsa, o qədər bu işin effektiv olacağını görəcəyik".
Ombudsman qeyd edib ki, cəmiyyətimizə, milli dəyərlərimizə xas olmayan mənfi halların baş verməməsi üçün fəaliyyət planı təsdiq edilib:

"Bir neçə ay bundan əvvəl təsisatımızda uşaq hüquqlarının qorunması üzrə yeni sektor yaradılıb. Hüquq mühafizə orqanları məsələni ciddi nəzarətdə saxlayır. Biz də psixoloji yardımın göstərilməsi üçün təklifimizi vermişik. Qıza zərər yetirən atalıqla görüşülməyib. Çünki bununla bağlı bizə müraciət olunmayıb".

Aytən Zəhra
AzVision.az

Teqlər: Ombudsman  







Xəbər lenti