Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazı müzakirə edib

   Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazı müzakirə edib
  06 Noyabr 2021    Oxunub:1378
Rusiyann xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Tərəflər İranın nüvə proqramı üzrə danışıqlar prosesinin bərpasını, Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər.

"Nazirlər əsas diqqəti İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ətrafında vəziyyətə və Vyanada nüvə proqramı üzrə danışıqlar prosesinin bərpası perspektivlərinə yönəldib. Onlar bu, hərtərəfli sazişin bütün iştirakçılarının hüquq və mənafelərinin təmin edilməsinin yeganə düzgün yolu olduğunu qeyd ediiblər. MAQATE-nin baş direktoru R.Qrossinin Tehrana gözlənilən səfərinin mövzusuna da toxunublar.

Eyni zamanda Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyət daxil olmaqla, ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər", - Rusiya XİN-in açıqlamasında deyilir..

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Rusiya   İran  





Xəbər lenti