Azərbaycanda daha 2500 nəfər koronavirusa yoluxub, 33 nəfər ölüb

   Azərbaycanda daha 2500 nəfər koronavirusa yoluxub,    33 nəfər ölüb
  06 Noyabr 2021    Oxunub:661
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2500 yeni yoluxma faktı qeydə alınıb, 2243 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 544 650 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 505 767 nəfər müalicə olunaraq sağalıb, 7 241 nəfər vəfat edib, aktiv xəstə sayı 31 642 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 017, ötən müddət ərzində isə ümumilikdə 5 271 849 test aparılıb.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti