İlham Əliyevə təbriklər gəlməkdə davam edir

   İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  06 Noyabr 2021    Oxunub :347
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Prezident İlham Əliyevi təbrik edib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sizi və Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) adından və şəxsən öz adımdan ən səmimi duyğularımla təbrik edirəm.

Zati-alinizin liderliyi ilə qazanılmış bu şanlı Zəfər Azərbaycan xalqının birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Əminəm ki, qardaş Azərbaycanın gələcək inkişafında bu Qələbənin böyük töhfələri olacaq, Qarabağdakı dağıdılmış tarixi və mədəni mirasımız tezliklə Sizin rəhbərliyinizlə bərpa edilərək dünya mədəniyyətinə qovuşacaqdır.

TÜRKSOY ilə Azərbaycan Respublikası arasında mədəniyyət sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsini, Zati-alinizin müdrik və qətiyyətli rəhbərliyi ilə Azərbaycan xalqının daim müstəqillik və əmin-amanlıq şəraitində yaşamasını arzu edirəm".

Daha sonra 8 Noyabr - Zəfər Günü münasibətilə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.

AzVision.az

Teqlər: İlham-Əliyev  







Xəbər lenti