“İlham Əliyev məsələnin mahiyyətini rentgen kimi görür” - Mixail Finkel

“İlham Əliyev məsələnin mahiyyətini rentgen kimi görür” -  Mixail Finkel
  06 Noyabr 2021    Oxunub:2347
“Bakıda son dərəcə əlamətdar hadisə olan “COVİD-dən sonrakı dünya” Qlobal Forumu keçirilir. Bu gün ölkə liderlərinin bu cür forumlara hər zaman olduğundan daha çox ehtiyacı var, çünki iştirakçıların orada səslənən fikirləri faydalı ola, ölkələr bu tövsiyələrdən pandemiya ilə mübarizədə strategiyasında istifadə edə bilərlər”.
Bu sözləri AzVision.az-a israilli politoloq Mixail Finkel forumun əhəmiyyətini şərh edərkən söyləyib. Onun sözlərinə görə, Forumun əhəmiyyəti tədbir iştirakçılarının fikirlərində və tövsiyələrindədir.

- Bu səbəbdən Azərbaycan hakimiyyətinin bu tipli tədbirlərin keçirilməsinə böyük önəm verməsi təqdirəlayiqdir. Pandemiya dövründə dünyada çox ciddi neqativ dəyişikliklər baş verib. Bir çox iş adamları müflis olub, nə qədər insan işini itirib, xeyli ölkə ağır epodomioloji və iqtisadi sınaqlardan keçib. Hazırda dünyanın əksər ölkələri vaksinləməni həyata keçirdikcə, xəstəliyi müalicəsi ilə bağlı yeni preparatlar da çıxır. İsrail artıq yeni dərman istehsal edib və çox tezliklə ABŞ-da lisenziya almalıdır. İngiltərədə hətta vaksinasiyaya ehtiyac olmadan bu virusu öldürəcək dərman kəşf olunub. İndi əsas məsələ bundan sonra necə yaşamaq haqqında düşünməkdir. Forumun mövzusu da elə post-kovid dövrü gələndə körpüləri necə salmaq və iqtisadi əməkdaşlığı necə qurmaq haqqındadır. Çox müdrik qərardır və mən bunun arxasında Azərbaycan Prezidenti İlham Əliyevin baxışlarını görürəm. Onun baxışları məsələlərin mahiyyətini rentgen kimi görməyə imkan verir,- Finkel deyib.

Mahiyyət isə onun sözlərinə görə, hazırda nələri qurub-yaratmaqdan ibarətdir və ikinci dünya müharibəsindən sonrakı məntiqi xatırladır. O zaman tamamilə dağılmış Avropanı yenidən qurmaq lazım idi. Eynilə ovaxtkı “Marşall planı” yada düşür: Yəni gəlin toplaşaq, əməkdaşlıq edək, ticarətə başlayaq, tikinti işləri aparaq, işləyək, yeni iş yerləri açaq, ölkələrimizin büdcəsinə daxil olacaq vəsaitləri yığaq. Forumun mənası budur və çox düzgündür.

- Gündəlikdə böhrandan asan çıxış yolları tapmaq, keçid dövrünü adlamaq, normal həyata qayıtmaq, onu əvvəlki kimi, hətta daha yaxşı etmək dayanır. Bu, çox yaxşıdır və uğurlu olacaq, çünki müxtəlif ölkələr bir yerə toplaşıb. Şübhəsiz, yeni müqavilələr bağlanacaq, yeni sövdələşmələr olacaq, yeni imkanlar ortaya çıxacaq və bunların hamısı fayda gətirəcək, - Mixail Finkel fikirlərini yeunlaşdırıb.

Samir Vəliyev
Nadir Quliyev



Teqlər: Bakı-Forumu  





Xəbər lenti