İv Löterm: "Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyirəm"

      İv Löterm:    "Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyirəm"
  06 Noyabr 2021    Oxunub:884
VIII Bakı Qlobal Forumu sivilizasiyanı maraqlandıran məsələləri müzakirə etmək üçün mühüm məkandır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu foruma bütün dünyadan mütəxəssislər toplaşaraq yeni təkliflər və fikirlər irəli sürürlər.
AzVision.az xəbər verir ki, bu sözləri Belçikanın sabiq Baş naziri İv Löterm öz müsahibəsində söyləyib.

Azərbaycanda vaksinasiya prosesinin çox uğurla həyata keçirildiyini qeyd edən Belçikanın sabiq Baş naziri Prezident İlham Əliyevin vaksinlərin dünyada ədalətli şəkildə paylanması təşəbbüsünü dəstəklədiyi bildirib. “Bütün insanlar vaksinasiya prosesindən keçməyənədək dünya vətəndaşları kimi biz də təhlükəsizdə olmayacağıq”, - deyə o qeyd edib.

AzVision.az



Teqlər: Forum   İlham-Əliyev  





Xəbər lenti