VIII Qlobal Bakı Forumu Kolumbiya mediasında

   VIII Qlobal Bakı Forumu Kolumbiya mediasında
  06 Noyabr 2021    Oxunub :372
Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “LaOtraCara” portalında tanınmış jurnalist Roberto Trobaxonun 4-6 noyabr tarixlərində ölkəmizdə keçirilməkdə olan VIII Beynəlxalq Bakı Forumu haqda “Azərbaycan hamı ilə birgə, hamıya görə və hamı naminə” başlıqlı məqaləsi dərc olunub.
AzVision.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumunun budəfəki toplantısının hazırda ən aktual və vacib önəm daşıyan COVİD-19 pandemiyasının yaratdığı çağırışlara həsr olunduğu və 40-dan çox ölkədən olan 300-ə qədər yüksək səviyyəli nümayəndənin iştirakı ilə baş tutduğu məlumat verilir və tədbirin Roma papası Fransisk, Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Qebreyesus və bir sıra dövlət və hökumət başçıları tərəfindən təqdir olunduğu bildirilir.

Azərbaycanın, xüsusilə də Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində pandemiya ilə mübarizə sahəsində önəmli fəallıq nümayiş etdirdiyini, bu xüsusda hərəkatın sədri qismində irəli sürdüyü təşəbbüs nəticəsində COVID-19 əleyhinə peyvəndlərə bərabər əlçatanlığın təmin edilməsi üzrə qətnamənin qəbul olunduğunu bildirən müəllif, bundan əlavə ÜMS-ə, eləcə də ayrı-ayrı ölkələrə maliyyə və humanitar yardımlar göstərdiyi və bəzi ölkələri peyvəndlə təmin etdiyini vurğulayır.

Yazıda, həmçinin Azərbaycanın tədbirdə COVID-19-dan sonra yaranan yeni dünya nizamı, yeni dünya iqtisadiyyatı, sülh, təhlükəsizlik və insan hüquqları, iqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması, peyvəndlənmə, qida təhlükəsizliyinin təşviqi kimi mövzuları müzakirəyə çıxarmasının, habelə gənclərə də xüsusi yer verməsinin ölkəmizin qlobal həmrəyliyi artırmaq naminə bütün səyləri birləşdirmək üçün çalışdığının göstəricisi olduğu deyilir.

AzVision.az

Teqlər: Bakı-Forumu   Kolumbiya  







Xəbər lenti