VIII Qlobal Bakı Forumu Kolumbiya mediasında
Azərbaycanın, xüsusilə də Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində pandemiya ilə mübarizə sahəsində önəmli fəallıq nümayiş etdirdiyini, bu xüsusda hərəkatın sədri qismində irəli sürdüyü təşəbbüs nəticəsində COVID-19 əleyhinə peyvəndlərə bərabər əlçatanlığın təmin edilməsi üzrə qətnamənin qəbul olunduğunu bildirən müəllif, bundan əlavə ÜMS-ə, eləcə də ayrı-ayrı ölkələrə maliyyə və humanitar yardımlar göstərdiyi və bəzi ölkələri peyvəndlə təmin etdiyini vurğulayır.
Yazıda, həmçinin Azərbaycanın tədbirdə COVID-19-dan sonra yaranan yeni dünya nizamı, yeni dünya iqtisadiyyatı, sülh, təhlükəsizlik və insan hüquqları, iqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması, peyvəndlənmə, qida təhlükəsizliyinin təşviqi kimi mövzuları müzakirəyə çıxarmasının, habelə gənclərə də xüsusi yer verməsinin ölkəmizin qlobal həmrəyliyi artırmaq naminə bütün səyləri birləşdirmək üçün çalışdığının göstəricisi olduğu deyilir.
AzVision.az
Teqlər: Bakı-Forumu Kolumbiya