Almaniya "Taliban" ilə danışıqlara diplomat göndərir

   Almaniya "Taliban" ilə danışıqlara diplomat göndərir
  06 Noyabr 2021    Oxunub:900
Almaniya hökuməti "Taliban"la münasibətlərini dəyişməyi planlaşdırır və yaxın günlərdə bu məqsədlə diplomat Markus Potzeli Əfqanıstana göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti məlumat yayıb.

Məlumata görə, Potzel alman diplomatlarının müvəqqəti şərtlərlə ölkəyə necə qayıda biləcəyini öyrənəcək, "Taliban"la diplomatların işinin qurulması imkanları müzakirə ediləcək. Alman diplomatlarının fəaliyyətinin bərpası Əfqanıstana bir günlük səfərlər çərçivəsində baş tutmalıdır.

Qeyd edilir ki, ikitərəfli əlaqələrin gücləndirilməsində əsas məqsəd Əfqanıstan əhalisinə humanitar yardım göstərməkdir.

AzVision.az



Teqlər: Almaniya   Taliban  





Xəbər lenti