Şuşada VIII Qlobal Forum çərçivəsində sonuncu panel işə başlayıb

   Şuşada VIII Qlobal Forum çərçivəsində sonuncu panel işə başlayıb
  07 Noyabr 2021    Oxunub:717
Noyabrın 7-də Şuşada VIII Qlobal Forum çərçivəsində sonuncu panel öz işinə başlayıb.
AzVision.az -ın məlumatına görə, “Mədəniyyətin dəyəri” adlı paneldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin mədəni irsin iqtisadi baxımdan dəyəri haqqında mühazirə ilə çıxış edib.

O bildirib ki, ətraf mühitin və biomüxtəlifliyin qorunması kimi, mədəni irsin bərpası və qorunmasına qoyulan sərmayələr də böyük dəyərə malikdir.

Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

Bu gün isə VIII Qlobal Bakı Forumunun bir qrup iştirakçısından ibarət nümayəndə heyəti Şuşaya səfər edib.



AzVision.az


Teqlər:





Xəbər lenti