Metroda "Sizinlə qürür duyuruq" layihəsi davam edir - FOTOLAR
Stendlərdə qəhrəman metropolitençilər haqqında, onların keçdiyi döyüş yolu ilə bağlı qısa məlumatlar təqdim olunur.
Bununla yanaşı, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar metropolitenin stansiyalarında dövlət rəmzləri ilə bəzədilib, poster və digər məlumatverici lövhələr quraşdırılıb. Stansiya və qatarların monitorlarında elektron posterlər nümayiş olunur.
Həmçinin 81-765B/766B tipli vaqon qapılarında “8 Noyabr” tərtibatı quraşdırılıb. Bütün qatarların ön hissəsi Zəfər tarixinin rəmzinə çevrilmiş Xarıbülbüllə bəzədilib.
AzVision.az
Teqlər: Metro