"Ermənistan düşmənçilikdən əl çəkib, gələcəyə baxmalıdır" - Akar

   "Ermənistan düşmənçilikdən əl çəkib, gələcəyə baxmalıdır" -    Akar
  08 Noyabr 2021    Oxunub :208
"Bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyənin qardaşlığı əzəldən əbədiyyətə qədər uzanmaqdadır. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Qələbə qazanıldı, amma uzun illər sonra Qafqaza dinclik gətirəcək sülhün daimi olmasını təmin etmək üçün yeni bir mübarizə başlayıb”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Akar əlavə edib ki, Şuşa bəyannaməsi gələcəyə doğru atılan güclü bir addımdır: "Cənab Prezident İlham Əliyev və Prezidentimiz Rəcəb Tayyib Ərdoğan gələcək nəsillərə sülhü vəsiyyət etmək üçün çox konstruktiv yanaşma nümayiş etdirərək, sabitliyə və əməkdaşlığa əsaslanan yeni dövrün qapısını açıblar. Biz, Ermənistan hakimiyyətinin indiki siyasətlərini bir kənara qoyub bu tarixi fürsətdən, o cümlədən bizim 6-lıq platforma təklifimizdən istifadə edəcəklərini gözləyirik. Hər kəs bilməlidir ki, gələcəyi kin və nifrət üzərində qurmaq olmaz. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Bu anlayışla tarixi məsuliyyətimiz çərçivəsində bölgəmizdə sülh, əmin-amanlıq və sabitlik üçün səylərimizi davam etdirəcəyik”.

Türkiyəli nazir Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olan Pakistana da təşəkkür edib. O deyib ki, “Tək Vətən Hərəkatında", yəni Vətən Müharibəsində iştirak edən qəhrəmanlarımız başda olmaq üzrə, hal-hazırda quruda, dənizdə, havada, çətin relyef və iqlim şəraitində qəhrəmanlıq və fədakarlıqla xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin və Türkiyə Silahlı Qüvvələrinin qəhrəman döyüşçülərinin hər birinin alnlarından öpürəm.

Nazir Akar çıxışını “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı” deyərək yekunlaşdırıb.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Hulusi-Akar   Zəfər-Günü  







Xəbər lenti