"Zəfər tarixi böyük ibrət dərsidir" - Reza Deqati

   "Zəfər tarixi böyük ibrət dərsidir" -    Reza Deqati
  08 Noyabr 2021    Oxunub:730
Mənim fotolarım mənim fikirlərimdir. Onlar işğal altında qalan torpaqlarda ermənilərin etdikləri vəhşilikləri nəql edir. Bunu AzVision.az -a açıqlamasında I və II Qarabağ müharibələrini yaxından izləyən dünya şöhrətli məşhur fotojurnalist Reza Deqati deyib.
O, işğaldan azad edilən torpaqlarda olub, mövcud mənzərəni fotolentə köçürməyin öz marağında olduğunu qeyd edib:

"Mən 1992-ci ildə Azərbaycanda nə zülm yaşandığını, ermənilərin insanların başına nə oyun açdığını, Qarabağda evlərinin dağıdılmasına şahidlik etdim. 28 il idi ki, zülmün yerdə qalıb-qalmayacağı mənim ürəyimdə idi. Vətən müharibəsi başlayanda zülmün yerdə qalmadığını, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qalib gəldiyini gördüm. Bu, böyük ibrət dərsidir. Bu işi hər kəs görə bilməzdi".

Reza Deqati qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarda çəkdiyi şəkilləri Fransanın 8 şəhərində 8 sərgidə təqdim edib:

"Keçirdiyim 8 konfransda gördüyüm mənzərəni çatdırdım. Fransızlar mənim sözümə inanırlar və bildirirlər ki, bu şəxs yalan danışa bilməz. İnformasiya müharibəsi vəziyyəti dəyişir və artıq onlar da reallıqları dərk edirlər" .

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəfər  





Xəbər lenti