"Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək" - Türkiyə XİN

   "Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək" -    Türkiyə XİN
  08 Noyabr 2021    Oxunub:473
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.
AzVision.az - ın məlumatına görə, bəyanatda işğal altındakı torpaqlarını qaytarmaq üçün qanuni müdafiə hüququndan istifadə edən Azərbaycanın 9 noyabrda imzalanan üçtərəfli bəyanatla döyüş meydanındakı zəfərini diplomatiya masasında da rəsmiləşdirdiyi, illərdir icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz iradəsi ilə həyata keçirdiyi qeyd olunub.

Bildirilib ki, Türkiyə yaşadığı yerlərdən didərgin düşmüş azərbaycanlıların qayıdışına imkan yaranmasından məmnunluq duyur:

"Qarabağ Zəfəri sadəcə işğal altındakı torpaqları azad etməyib, bölgədə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığın da yolunu açıb. Sürətlə abadlaşan Qarabağ və Şərqi Zəngəzur bölgələrində Füzuli Beynəlxalq Hava Limanı, Zəfər Yolu kimi regionun simasını dəyişdirən layihələr Azərbaycanın gücünün göstəricisidir. “Bir millət, iki dövlət” inancı ilə, Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız Azərbaycanın sevinc və qürurunu bölüşürük. Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Zəfər-Günü   Türkiyə-XİN  





Xəbər lenti