"İşğala son qoyan Azərbaycanın Zəfər bayramını təbrik edirəm"-Belçikalı deputat

   "İşğala son qoyan Azərbaycanın Zəfər bayramını təbrik edirəm"-Belçikalı deputat
  08 Noyabr 2021    Oxunub:1050
“Azərbaycan öz torpaqlarını işğalçı Ermənistan ordusunun əsarətindən təmizləməklə ərazi bütövlüyünü bərpa etməyi bacardı”.
Bunu AzVision.az –a açıqlamasında Belçika parlamentinin deputatı Şevket Temiz deyib. O, Azərbaycan əsgərinin ədaləti bərpa etməsini alqışlayıb.

- Ermənistanın Azərbaycanın qarşısında duruş gətirməsi mümkün deyildi. İrəvan ilk gündən doğru siyasət yürütmürdü. Bölgədə vəziyyəti gərginləşdirmək və müharibə siyasəti yürütməklə məşğul idi. Ermənistan beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqedə olduğunu ortaya qoyan sənədləri, qərarları heçə saydı. Bu ölkə hətta düşdüyü vəziyyəti düzgün dəyərləndirə bilmədi və nəticədə belə acınacaqlı duruma gəlib çatdı.

Belçikalı deputat: “Ermənistana mina xəritələrinə görə ciddi təzyiq edilməlidir” - EKSKLÜZİV
Belçikalı deputat bu gün Azərbaycan xalqının qeyd etdiyi Zəfər günü ilə bağlı fikirlərini də bölüşüb.

- Öz tarixi və əzəli torpaqlarını işğaldan azad edən Azərbaycanın Zəfər bayramını təbrik edirəm. Əziz şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Qəhrəman qazilərimizə isə salamlarımı çatdırın!

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zəfər-Günü   Deputat   Ermənistan   İşğalçı  





Xəbər lenti