Naxçıvan Zəfər bayramını belə qeyd edib - FOTO

   Naxçıvan Zəfər bayramını belə qeyd edib -    FOTO
  08 Noyabr 2021    Oxunub:1193
Vətən müharibəsində böyük qələbənin ildönümü Naxçıvan Muxtar Respublikasında böyük coşğu və əsl qələbə ruhu ilə qeyd edilib.
AzVision.az xəbər verir ki, Naxçıvan şəhərində xalq gəzintisi və şəhidlərin məzarlarını ziyarət təşkil olunub, küçə və prospektlərdə, yollarda qələbə yürüşünə çıxan sakinlər əllərində üçrəngli bayraq, dillərində “Qarabağ Azərbaycandır!” şüarı ilə Böyük Zəfərin ildönümü qeyd ediblər.

Naxçıvan Muxtar Respublikasında böyük bayram ab-havası ilə qeyd olunub. Naxçıvan şəhərin üçrəngli bayraqlarımıza bürünüb, küçə və prospektlər Zəfər Gününü əks etdirən görüntülərlə işıqlandırılıb.

Eyni zamanda Zəfər Günündə Kəngərli rayon Bayraq Meydanı istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.



Qeyd edilib ki, 2,5 hektar ərazini əhatə edən Bayraq Meydanının tikintisinə bu ilin iyul ayında başlanılıb. Bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 40, meydanda dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Milli ornamentlərin – buta, xarıbülbülün əks olunduğu memarlıq elementləri ilə dizayn edilən Bayraq Meydanında müasir işıqlandırma sistemləri quraşdırılıb, gülkarlıqlar salınıb. Həmçinin meydanın ətrafında da geniş abadlıq işləri görülüb, suvarma sistemi qurulub, avtomobil dayanacağı yaradılıb.



AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti