Syerra-Leonedə ölənlərin sayı 115-ə çatıb

Syerra-Leonedə ölənlərin sayı 115-ə çatıb
  08 Noyabr 2021    Oxunub :351
Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı yenidən artıb.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunub ki, partlayış nəticəsində ölənlərin sayı 115-ə çatıb.

Qeyd edək ki, partlayış noyabrın 5-də axşam saatlarında baş verib. Yanacaq çəni dolu olan tanker qranit plitələri daşıyan yük maşını ilə toqquşub.

AzVision.az

Teqlər: Partlayış  







Xəbər lenti