Federal Ehtiyatlar Sisteminin rəhbərliyi dəyişə bilər

   Federal Ehtiyatlar Sisteminin rəhbərliyi dəyişə bilər
  08 Noyabr 2021    Oxunub :284
ABŞ-ın Mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyatlar Sisteminin (FRS) sədr müavini Rendal Kuorlz dekabrın sonunda vəzifəsini tərk edəcək.
AzVision.az xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb. Kuorlz 2017-ci ildəFederal Ehtiyatlar Sistemində işləməyə başlayıb. Yaxın aylarda FED-in sədri Jerom Pauel və onun digər müavini Riçard Klaridanın səlahiyyət müddəti başa çatacaq.

Beləliklə, bütün bu vəzifələrə namizədlər irəli sürən ABŞ prezidenti Co Bayden maliyyə tənzimləyicisinin rəhbərliyini kökündən dəyişə bilər və ya hər ikisinin səlahiyyətlərinin daha bir müddətə uzadılmasını təklif edə bilər. Namizədlər ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: FED  







Xəbər lenti