Çavuşoğlu azərbaycanlı səfirlə görüşüb

   Çavuşoğlu azərbaycanlı səfirlə görüşüb
  08 Noyabr 2021    Oxunub:674
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
AzVision.az -ın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb. Görüşdə M.Çavuşoğlu Zəfər Günü münasibətilə səfirimizi təbrik edib.

Həmçinin, görüş zamanı iki qardaş ölkə arasındakı aktual mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Səfir Rəşad Məmmədov Azərbaycanın haqlı mübarizəsinə verdiyi dəstəyə görə, nazir Çavuşoğluna təşəkkür edib.

AzVision.az


Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti