Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "Qardaşlarımızın yanındayıq"

   Ərdoğan Zəngəzur dəhlizindən danışdı:   "Qardaşlarımızın yanındayıq"
  08 Noyabr 2021    Oxunub:1447
“Başda Prezident, qardaşım İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımızı bir daha beynəlxalq ictimaiyyət qarşısında 30 ilə yaxın davam edən işğala son qoymuş qələbəsi münasibətilə təbrik edirik. Qarabağa və Azərbaycan torpaqlarına ədalətsiz və qanunsuz hücumlar qarşısında susanlar bölgədə baş verən faciənin əsas məsuliyyətini daşıyırlar”.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

"Şüurlu şəkildə silahlandırılan və həvəsləndirilən Ermənistan əvvəllər də atəşkəsi pozub. Bu dəfə Türkiyə olaraq azərbaycanlı qardaşlarımızı daha güclü dəstəklədik. Münaqişələr davam edərkən elan olunmuş bütün atəşkəs rejimini pozan Ermənistan azərbaycanlı qardaşlarımızın şücaəti və qəhrəmanlığı sayəsində ağır məğlubiyyətə uğradı", - Prezident vurğulayıb.

Türkiyə lideri daha sonra bildirib: "Başda Zəngəzur dəhlizi ilə bağlı razılaşma olmaqla hər platformada azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Bu yeni dövr Ermənistan üçün də çox böyük imkanlar təqdim edir. Nə qədər ki, millətimizə, dövlətimizə düşmənçilik yoxdur, bizim heç kimlə problemimiz yoxdur

AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti